Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Təsviri sənət və sənətşünaslıq fakültəsində vakant dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edir

post-img

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Təsviri sənət və sənətşünaslıq fakültəsində vakant dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan dərc olunduqdan sonra 1 ay müddətində aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Rektorun adına yazılmış ərizə.

2. Kadrlar uçotunun şəxsi vərəqəsi.

3. Tərcümeyi-hal.

4. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.

5. Elmi və elmi-metodiki işlərin siyahısı.

6. Müvafiq struktur bölmənin inkişafı ilə bağlı fakültə dekanının platforması.

Qeyd – müsabiqə elan olunan müəssisədə çalışan şəxslər ərizə ilə birlikdə yal­nız 4-cü və 6-cı bəndlərdə qeyd olunan sənədləri təqdim etməlidirlər.

Ünvan – Bakı şəhəri, H.Əliyev prospekti 58.

REKTORLUQ

Reklam və elan