LPO “Muğanbank” ASC-nin kredit ödənişi və tələblərin qeydiyyata alınması barədə məlumat

post-img

Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə «Muğanbank» ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu «Muğanbank» ASC-nin ləğvedicisi təyin edilmişdir.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Muğanbank” ASC-nin müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər: 

Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi - https: milli­on.az veb saytı vasitəsilə;

Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “Million” və “m-pay” ödəniş köşkləri vasitəsilə; 

Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün LPO “Muğanbank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açıl­mış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri

LPO «Muğanbank» ASC, VÖEN     1400122681
Mərkəzi Bank, VÖEN                     9900071001
SWIFT.BIK (AZN)                            NABZAZ2C
SWIFT.BIK (xarici valyuta)               NABZAZ2X
Kod                                                501004
Müxbir hesab AZN                        AZ74NABZ01451700000000001944
Hesablaşma hesabı AZN               AZ92NABZ01350100000000065944
Müxbir hesab EUR                        AZ58NABZ01452800000000007954
Hesablaşma hesabı EUR               AZ40NABZ01350200000000065954
Müxbir hesab USD                       AZ51NABZ01452800000000015840
Hesablaşma hesabı USD              AZ77NABZ01350200000000066840

Həmçinin qeyd edək ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi qeyd edilən ünvanlarda mümkündür:

Ləğv prosesində olan “Muğanbank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052

Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:

Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B

Gəncə şəhəri, Cavadxan küçəsi 10

Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi 7

Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi 256

Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 22

Əlaqə: (+994) 941
 

Reklam və elan