Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi AÇIQ TENDER ELAN EDİR

post-img

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Respublika üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Açıq tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini im­zalanıb möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üs­tünlük veriləcəkdir: --iddiaçıların ixtisas göstəricilərinin uyğun­luğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında ye­rinə yetirilməsi və təminat verilən istismar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs – Z.Quliyev.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi 18.

Tel- (+99412) 465 73 48 (daxili 134).

Maraqlananlar açıq tender prosedurunun əsas şərtlər top­lusunu 2000,0 manat (iki min manat) məbləğində iştirak haqqı­nı aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

Bankın adı - “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sə­naye filialı

Kod - 805603

VÖEN - 9900001881

M/h - AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZАZ 2Х

H/h - AZ88IBAZ38030019441856517211

VÖEN - 1500016711

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyə­tini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisi­nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması barədə sənəd (uçotda olduğu vergi orqanından alın­malıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. 2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir); 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlə­rinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron for­mada alınıbsa, onda notarial təsdiq edilməsi mütləqdir); 

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış təqdim edilməlidir);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, ni­zamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; 

- tender təklifini və satınalma müqaviləsini imzalamaq sala­hiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); 

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məh­kəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi oqranı, icra probasiya şö­bəsi və ya müvafiq kommerisya məhkəməsi tərəfindən təqdim olunmuş arayış);

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa); 

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqa­viləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstər­mələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məh­kəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənəd­lər (Daxili İşlər Nazirliyindən və ya “ASAN Xidmət” Mərkəzlə­rindən 2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir);

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azər­baycan nümayəndəliyinin olmasını təsdiqləyən sənədlər;

- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- iddiaçı baş podratçı kimi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (oxşar işlərə aid son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə iş­lərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə mək­tubları;

- iddiaçının maddi - texniki bazası (sifarişin yerinə yetirilmə­si imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dil­dəki tender sənədləri Azərbaycan dilində tərcümə edilməlidir ).

- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tə­minatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dil­dəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməli­dir). 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçı­lar tenderdə iştirak üçün yuxarıda qeyd olunan sənədləri 17 noyabr 2023-cü il saat 11.00-a, tender təklifi və tender təklifinin bank təminatını isə 27 noyabr 2023-cü il 11.00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 28 noyabr 2023-cü il saat 11.00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

Reklam və elan