BİLDİRİŞ

post-img

“Xalq qəzeti”nin 19 oktyabr 2023-cü il tarixli nömrəsində “Azərişıq”ASC-nin “Kəlbəcərin İstisu qəsəbəsi ərazisində yeni 110/35 kV-luq 2x40 MVA gücün­də yarımstansiyanın tikintisi və avadanlıqlarının quraşdırılması” işlərinin satın alınması məqsədilə dərc edilmiş açıq tender elanında sənədlərin, bank təminatının təq­dim olunması və təkliflərin açılışı tarixi aşağıdakı kimi oxunmalıdır: 

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (ten­der təklifi və bank təminatı istisna olmaqla) 29 noyabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prose­durunu keçmiş iddiaçılar isə ten­der təklifi və bank təminatını mö­hürlənmiş ikiqat zərfdə 7 dekabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidir­lər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qay­tarılacaqdır.

İddiaçıların təklifləri 8 dekabr 2023-cü il saat 15.00-da Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nü­mayəndələri iştitrak edə bilərlər.

Tender komissiyası

Reklam və elan