“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC TƏKLIFLƏR SORĞUSU ELAN EDİR

post-img

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 

Bakı Dağ Yəhudilərinin Dini İcması üçün “Yəhudi Dini Mədəni Mərkəzi” binasının tikintisi işlərinin satın alınması məqsədilə

TƏKLIFLƏR SORĞUSU ELAN EDİR

Lot – 1. Bakı Dağ Yəhudilərinin Dini İcması üçün “Yəhudi Dini Mədəni Mərkəzi” binasının tikintisi işlərinin satın alınması.

Təkliflər sorğusu iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənib, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə, həmçinin elektron portal vasitəsilə təqdim etsinlər. 

Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıları la­zımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğ­də iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra mü­sabiqə üçün təkliflərini təqdim edə bilərlər. (əlaqələndirici şəxs: Əhməd Məmmədovdan (telefon: 496-52-05) ala bilərlər: 

İştirak haqqı 500 manatdır. 

İştirak haqqı heç bir halda qeri qaytarılmır. 

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər: 

1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. 

2. Tender təklifinin qüvvədə olma müddəti zərflərin açılış tarixindən sonra azı 30 bank günü ərzində olmalıdır.

3. Tender təklifinin təminatı tender təklifinin qüvvədə olma müddətindən sonra azı 30 bank günü qüvvədə olmalıdır.

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. 

5. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) ma­liyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış. 

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, ha­belə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetiril­məməsi hallarının mövcud olmaması barədə arayış.

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqan­ları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti. 

8. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd (Statistika Komitəsindən).

9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qay­dasında qadağan edilməməsi barədə sənəd.

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə et­mək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

11. İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).

12. Müvafiq fəaliyyət növünə aid lisenziya. 

İxtisas uyğunluğu sənədləri:

a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi.

b) Malgöndərənin texniki imkanları. 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dil­dəki təkliflər sorğusu sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları satı­nalan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlə­nib imzalanmış ayrı-ayrı ikiqat zərflərdə 3 noyabr 2023-cü il saat 17.00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana, həmçinin elektron portal vasitəsi ilə (əlaqələndirici şəxs Əhməd Məmmədova, telefon: (012 496-52-05) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olu­nan zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləri 6 noyabr 2023-cü il saat 11.00-da açıl­caqdır.

Tender komissiyası

Reklam və elan