“Azərişıq” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərişıq” ASC 

“Bərdə və Kürdəmir rayonları ərazisində paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması məqsədilə elektrik verilişi xətlərinin təmiri və yenidən quraşdırılması (0,4 kv ÖİN xətlərinin və KTM-lərin quraşdırılması)” işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

 Lot-1. “Bərdə və Kürdəmir rayonları ərazisində paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması məqsədilə elektrik verilişi xətlərinin təmiri və yenidən quraşdırılması (0,4 kv ÖİN xətlərinin və KTM-lərin quraşdırılması)” işlərinin satın alınması. 

İştirak haqqı 1500 manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərişıq” ASC

H/h - AZ83AIIB33020029441802068118

VÖEN - 9900069391

Benefisiarın Bankı: “Kapital Bank”ın Gənclik filialı

Kod - 200189

VÖEN - 9900003611

M/ h - AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqələndirici şəxs: Namiq Heybətov.

Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19) 

Elektron poçt: [email protected]

Ünvan – AZ 1009. Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin əsli və ya əsli olmadıqda notarial qaydada təsdiq olunması zəruridir).

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin əsli və ya əsli olmadıqda notarial qaydada təsdiq olunması zəruridir).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədlərin əsli və ya əsli olmadıqda notarial qaydada təsdiq olunması zəruridir).

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış (sənədlərin əsli və ya əsli olmadıqda notarial qaydada təsdiq olunması zəruridir).

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ((əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki). 

10. İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə, analoji işlərdə təcrübəsi haqqında məlumatlar.

11. Dövlət sifarişi əsasında “baş podratçı” qismində iştirak etdiyi ən azı 1 layihəni uğurla icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər (müqavilə və obyektin istismara qəbul aktı) təqdim edilməlidir.

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə.

14. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr).

15. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

16. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 oktyabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 25 oktyabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26 oktyabr 2023-cü il saat 15.00-da Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.

 

“AZƏRİŞIQ” ASC-NİN TENDER KOMİSSİYASI

 

Reklam və elan