“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınması məqsədilə
TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
Təkliflər sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıdakı ünvana (Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə (əlaqələndirici şəxs- Abışev Murad Çingiz oğluna, telefon-+ 99 412 -431- 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğluna, telefon- +99412-431 -47- 67 – daxili 2288, E-mail: [email protected] müraciət edə bilərlər.
Təkliflər sorğusunda iştirak haqqı 500 (beş yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
VÖEN - 9900001751
Bank - “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod - 200112
VÖEN - 9900003611
Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111
Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111
M/h - AZ37NABZ01350100000000001944
SWIFT - AIIBAZ2X
İddiaçılar imzalanıb möhürlənmiş təkliflərini (sənədləri) 4 sentyabr 2023-cü il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan təkliflər baxılmadan geri qaytarılacaqdır.
Təkliflər “Azərsu” ASC-nin inzibati binasında, Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 5 sentyabr 2023-cü il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.
Tender komissiyası

