“ASELSAN” “IDEF-2023” sərgisində aviasiya vasitələri üçün yeni sistemlərini nümayiş etdirib

post-img

“ASELSAN” şirkəti hava platformaları üçün hazırladığı yeni məhsullarını “IDEF-2023” sərgisində təqdim edib. Onların sırasına radar, elektron müharibə, aviasiya bombaları üçün tuşlama dəsti və digər sistemlər daxildir.

Həmin sistemlər aşağıdakılardır:

• “IFF” sorğulayıcı/cavablayıcı.

• “ASELFLIR-500” kəşfiyyat, mü­şahidə və hədəfləmə sistemi.

• “AMİR-100C” qəzaya dayanıqlı missiya datalarının qeyd cihazı .

• Bələdçi məhsul ailəsi.

• Qırıcılar üçün nəzərdə tutulan “AESA” radarı.

• “LGK-83” lazer tuşlama dəsti.

• “SADAK-2MK”.

“ASELSAN”ın “ASELFLIR-500” kəş­fiyyat, müşahidə və hədəfləmə sistemi PUA-lardan döyüş təyyarələrinə qədər müxtəlif hava platformalarına quraşdı­rıla bilər. Yüksək performanslı kamerası ilə istifadəçiyə lazımi müşahidələrin və kəşfiyyat işlərinin aparılmasında üstün bacarıqlar verir. Çəkisi 57 kiloqram olan “ASELFLIR-500” 25 kilometrə qədər mənzildə lazerlə məsafə ölçmək imkanı və 360 dərəcə bucaq altın­da fırlanma qabiliyyətini təmin edir.

Şirkət tərəfindən hazırlanan “AMİR-100C” qəzaya dayanıqlı mis­siya datalarının qeyd cihazı uçuş anında video, səs və uçuş məlumat­larını sıxışdırıb qeyd edir. O, qeydə alınmış məlumatları Toqquşmaya Dayanıqlı Yaddaş Bölməsində sax­lamaqla, toplanan dataların qəza zamanı baş verə biləcək mənfi və sərt təzyiqlərin təsirinə məruz qal­mamasını təmin edir. “Underwater Transmitter” (ULB) sayəsində qəzadan sonra suyun altında siqnal göndərməklə “AMİR-100C”nin yerini müəyyən etmək mümkündür. “SADAK-2MK” hava plat­formalarının istifadə etdiyi “Mk-82/83” aviasiya bombalarının döyüş təyyarələ­ri və pilotsuz uçuş aparatları tərəfindən daha çox daşına bilməsinə imkan verən ağıllı asqı sistemidir. O, “HGK”, “KGK”, “LGK” və “TEBER” tuşlama dəstləri ilə təchiz olunan ümumilikdə iki ədəd avi­asiya bombasının daşınmasını və atıl­masını təmin edir. Asqı sistemi əsasən “F-16”, “KAAN”, “Hürjet” qırıcılarının, “ANKA-3”, “Bayraktar KIZILELMA” pi­lotsuz döyüş təyyarələrinin və “Akıncı” PUA-nın istifadəsi üçün nəzərdə tutul­muşdur. 40 min fit yüksəklikdə xidmət göstərə bilən “SADAK-2MK” asqı siste­minin kütləsi 140 kiloqramdır.





Reklam və elan