Аzərbаycаn Rеspublikаsı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi TENDER ELAN ЕDİR

post-img

Аzərbаycаn Rеspublikаsı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə TENDER ELAN ЕDİR

Tenderdə iştirak etmək istəyənlər 1100 (bir min bir yüz manat) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdük­dən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-İlham Şixbabayev, tel: (+99412) 465 73 48) ala bilərlər:

Təşkilat – Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchi­zat İdarəsi

Bankın adı – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod – 805603

VÖEN – 9900001881 

M/h–AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZАZ 2Х

H/h– AZ88IBAZ38030019441856517211

VÖEN– 1500016711

İddiaçılar tеndеrdə iştirаk üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən veril­miş, rəsmi blanklarda və möhürlə təsdiq olun­muş) təqdim etməlidirlər: 

- tеndеrdə iştirаk еtmək üçün yazılı mürа­ciət;

- tеndеrdə iştirаk hаqqının ödənilməsi bаrədə bаnk sənədi;

- qeydiyyatdan keçdiyi ölkə (təqdim olun­ması məcburidir. Dövlət reyesterindən çıxarış və VÖEN notarial qaydada təsdiq edilib, PDF formatında əlavə edilməlidir.)

- nizamnamə (təqdim olunması məcbu­ridir. Notarial qaydada təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir.)

- rekvizitlər (təqdim olunması məcburidir. Müvafiq sənəd PDF formatında əlavə edilmə­lidir.)

- iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (təqdim olunması məcburidir. Son dəfə aldığı təsdiq olunmuş arayışı təqdim etməlidir. Bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti təqdim edilməlidir. Notarial qaydada təsdiq olunmuş sənəd PDF formatında əlavə edilməlidir.)

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (təqdim olunması məc­buridir. Əgər bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank ara­yışı təqdim edilməlidir. 2023-cü il iyunun 1-dən sonra alınmış arayış PDF formatında əlavə edilməlidir.)

- iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (təqdim olunması məc­buridir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.)

- iddiaçının mikro, kiçik, orta və iri sahib­karlıq subyektlərinə aid olması ilə bağlı məlu­mat (Azərbaycan Respublikası Dövlət Statisti­ka Komitəsinin arayışı təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təs­diq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.)

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir. 2023-cü il iyunun 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir.)

- son bir il ərzində (fəaliyyətini dayandır­dığı müddət nəzərə alınmadan) vergi ödəyici­sinin Azərbaycan Respublikasının Vergi Mə­cəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir. 2023-cü il iyunun 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir.)

- tender təklifini və satınalma müqaviləsi­ni imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə təqdim edilməlidir. Sənəd PDF formatında əlavə edilməlidir.)

- iddiaçının müflis elan olunmaması, əmla­kı üzərinə həbs qoyulmaması, ödənişə yönəl­miş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi oqranı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş sənəd təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, no­tarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.)

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqa­viləsinin bağlanması üçün ixtisas göstəricilə­rini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların mü­vafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən alınmış arayış qəbul ediləcəkdir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir, təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.);

- iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun ”Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlu­mat” cədvəli, təsdiqedici sənədlər əlavə olun­maqla (əlavə 1) (təqdim olunması məcburidir. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrü­bəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlı­ğının olması barədə məlumatlar və müvafiq sertifikatlar əlavə edilməlidir. Tələb olunan təsdiqedici sənədlər əlavə olunmaqla təqdim edilməlidir.)

- tenderin əsas şərtlər toplusunda göstə­rilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə ol­malıdır; ödəniş şərtləri, malların tam göndəril­məsi (təhvil verilməsi) müddəti və mallar üçün təminat şərtləri barədə məlumatlar tender təkifinin tərkib hissəsi kimi sayılaraq təqdim olunmalıdır);

- iddiаçının tеndеr təklifinin bank təminа­tı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir).

İcraçı malların korlanmadan və zədələn­mədən, sifarişçinin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə qablaşdırmasını, mar­kalanmasını və daşınmasını təmin etməlidir. Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən geci 90 (dox­san) təqvim günü ərzində icraçı tərəfindən si­farişçiyə təhvil verilməsi başa çatdırılmalıdır. 

Sənədlər Azərbaycan dilində, tərtib olun­malıdır (xarici dildəki tender sənədləri Azər­baycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uy­ğun keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak üçün yuxarıda qeyd olunan sənədləri 2 avqust 2023-cü il saat 16.00-dək, tender təklifi və tender təkli­finin bank təminatını isə 10 avqust 2023-cü il 16.00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 11 avqust 2023-cü il saat 16.00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iş­tirak edə bilərlər. 

Tender komissiyası

Reklam və elan