Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi 21 nömrəli ünvanda yerləşən “EUROPEAN TOBACCO –BAKU “ASC-nin nizamnaməsinin 6.1 və 6.3-cü maddələrinə uygun olaraq səhmdarların növbəti ümumi yığıncağının “Qafqaz Business Center”-də, Bakı, Nərimanov rayonu , Heydər Əliyev prospekti 125 nömrəli ünvanda 18 iyun 2023-cü il saat 10.00-da keçiriləcəyi barədə əvvəlcədən sizə xəbərdarlıq edilmişdir.
Lakin, texniki səbəblərdən iclasın keçiriləcəyi yerin ünvanı dəyişdirildiyindən məlumat üçün bildiririk ki, iclas 2023-cü il iyunun 18-i saat 10.00-da “ Wyndham Baku Hoteli” Bakı, Ələsgər Qayıbov küçəsi 12 nömrəli ünvanda keçiriləcəkdir. Həmçinin iclasın gündəliyinə aşagıdakı məsələ əlavə olunmuşdur:
– ASC-nin nizamnamə kapitalının azaldılması.
Növbəti ümumi yığıncagın gündəliyindəki məsələ ilə əlaqədar materiallarla cəmiyyətin ofisində saat 9.00-dan 18.00-dək tanış olmaq mümkündür.
Xahiş olunur ki, yığıncaqda iştirak üçün öz şəxsiyyət vəsiqənizi (nümayəndə qismində iştirak etdiyi tədqirdə isə etibarnaməni) təqdim edəsiniz.
İdarə heyəti

