“GÖZDE” SURSATI İLƏ İLK ATƏŞ

post-img

Türkiyə Müdafiə Sənayesi nazirinin başçılığı (SSB) ilə imzalanan Müasir Sursat Təchizat Layihəsi çərçivəsində təslim ediləcək “GÖZDE” təlimat dəsti seriya istehsala hazırdır.

“TÜBİTAK SAGE” ilə ortaq şəkildə hazırlanmış” GÖZDE” bələdçi dəsti 500 lb, öz sinfində olan “MK-82” markalı ümumi tə­yinatlı bombaları “INS/GPS“ və Lazer Axtarış Başlı (LAB) idarə olunan sursatlara çe­virir, sabit və yüksək sürətlə hərəkət edən (50 -120 km/saat) hədəfləri dəqiq vur­mağa imkan verir.

“GÖZDE” sursatlarının uçuş sınaqları tamamlan­mış ,“F-16” və “AKINCI SİHA” platformalarından ilk atış sınaqları həyata ke­çirilmişdir. Atış testlərində hədəf yüksək dəqiqliklə vu­rulmuşdur. Hazırda “GÖZ­DE” bələdçi dəstinin seriya istehsalı davam edir.” F-16” sertifikat testləri çərçivəsin­də Konya Karapınar Atı­cılıq Poliqonunda atışlar uğurla həyata keçirilmişdir. SSB, Hava Qüvvələri Ko­mandanlığı, “ASELSAN” və TÜBİTAK SAGE” nümayən­dələrinin qoşulduqları fəa­liyyətdə, “ANS” idarəolu­nan dəstli bomba izləmə təyyarəsi tərəfindən lazer­lə işarələnmiş hədəfi tam dəqiqliklə vurmuşdur.

“GÖZDE” uğurlu atış sı­naqlarından sonra “AKINCI” platformasına inteqrasiya edilib. “GÖZDE-ANS”, “MK-82(500 lb)” ümumi təyinatlı bombaları “ANS/Lazerlə” idarə edən bir dəstdir və la­zer axtarış başlığı sayəsin­də hərəkət edən hədəflərə qarşı da səmərəli işləyir. 

“ASELSAN “ın idarə heyətinin sədri və baş direk­toru professor , doktor Ha­luk Görgün qeyd etmişdir ki , bu sınaq ölkəmizə əhəmiy­yətli bir üstünlük verəcəkdir.

“GÖZDE” sursatının uçuş sınaqlarının uğur­la həyata keçirildiyini bil­dirən Haluk Görgün, “ilk atış sınaqlarında 28 min 500 fut yüksəklikdən 0,9 mach sürətlə atılan” GÖZ­DE-ANS” idarəedici dəstli bomba 13 kilometr uzun­luğunda məsafədən hədəfi vurmuş və bu da izləyici təyyarə tərəfindən lazerlə işarələnilmişdir. “F-16” ser­tifikat testləri çərçivəsində davam edən fəaliyyətlər za­manı 40 min fut hündürlük­dən 0,9 mach sürətlə atılan başqa bir “GÖZDE-ANS” idarəedici dəst bombası 21 kilometr uzunluğunda məsafədən lazer işarəsi ilə hədəfi vurmuşdur. İzləyici təyyarə tərəfindən lazer­lə işarələnmiş diapazon­da “GÖZDE-ANS”, “MK-82(500 lb)” markalı ümumi təyinatlı bombaları “ANS/Lazerlə” idarə edən və “F-16 “ təyyarələrindən 40 min fut hündürlükdən atıldıqda 28 kilometr uzunluğunda məsafədəki hədəfləri yük­sək dəqiqliklə vurmaq qabi­liyyətinə malik olan dəstdir.

Reklam və elan