“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının nəzərinə!

post-img

“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 6 iyul 2023-cü il saat 16.00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir. 

Yığıncağın gündəliyi:

1. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı.

2. Cəmiyyətin idarə heyətinin hesabatı.

3. 2021-2022-ci maliyyə illəri üzrə maliy­yə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və illik hesabatın təsdiq olunması.

4. Cəmiyyətin idarə heyəti sədrinin və üzvləri­nin seçilməsi.

5. ASC-nin hüquqi ünvanının dəyişdirilməsi.

6. Dividendlərin bölüşdürülməsi. 

Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda ASC-nin rəhbərliyinə müraciət etməklə tanış olmaq müm­kündür.

Bildirilir ki, ümumi yığıncaq iştirakçılarının qey­diyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özü, yaxud notarius tərəfindən təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.

 

İdarə heyəti

Reklam və elan