“Gəncə Yol Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 7 iyul 2023-cü il saat 16.00-da Gəncə şəhəri Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. 2021-2022-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda ASC-nin rəhbərliyinə müraciət etməklə tanış olmaq mümkündür.
Bildirilir ki, ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özü, yaxud notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.
İdarə heyəti

