“Sabunçu Əyrici” ASC səhmdarlarının nəzərinə!

post-img

30 iyun 2023-cü il saat 11. 00-da “Sa­bunçu Əyrici”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. “Sabunçu Əyrici” ASC-nin idarəet­mə orqanlarının 2022-ci il üçün maliy­yə- təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi. 

2. İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunun müzakirəsi.

3. Təsisçilərin tərkibində baş vermiş dəyişikliklərlə əlaqədar nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi.

4. Cəmiyyətə məxsus köhnə və dağıl­mış fəhlə yeməkxanasının bərpa edilməsi­nin müzakirəsi.

5. Digər məsələlər.

İclas onlayn qaydada keçiriləcəkdir.

2023-cü il iyunun 30-da ümumi yığı­caqda iştirak etməyi təsdiqləmək üçün saat 10.00 -dək şəxsiyyəti təsdiq edən sənədin surətini 050-453-94-61 nömrəli mobil tele­fona “WhatsApp “ nömrəsi vasitəsi ilə gön­dərmək xahiş olunur. Saat 10. 30-dək (yəni iclasın başlanmasına 30 dəqiqə qalmış ) “ZOOM” proqramı vasitəsilə keçirilən ümu­mi yığıncağa qoşulmaq və iştirak etmək üçün”WhatsApp “vasitəsilə “Sabunçu Əy­rici”ASC onlayn qrupa daxil olaraq qrupun təşkilatçısı kimi ümumi yığıncağın adından paylaşdığımız linkə daxil olmalıdır.

 

İdarə heyəti

Reklam və elan