“Neftmaştəmir” ASC səhmdarlarının nəzərinə!

post-img

30 iyun 2023- cü il saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsə­bəsi, Oktyabr küçəsi 52 nömrəli ünvanda “Neftmaştəmir” ASC səhmdarlarının növ­bəti illik ümumi yığıncağı ASC-nin iclas zalında keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Səhmdar cəmiyyətin 2022-ci ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliy­yətinin hesabatı və cəmiyyətin 2022-ci il üzrə illik hesabatlarının təsdiqi.

2. Müəssisənin zərəri haqqında məlumat.

3. Müəssisədaxili nizam-intizam qaydalarının daha da möhkəmləndirilməsi barədə.

4. ASC-nin nizamnaməsində qismən dəyişikliklər edilməsi.

5. Təşkilati məsələ- ASC-nin idarəetmə orqanlarının seçilməsi.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. 

Eyni zamanda bildirilir ki, nağdsız hesablaşmalar haqqında Azərbaycan Res­publikası qanununun 3.4.4-cü bəndinə uyğun olaraq bank rekvizitlərinin, şəxsiy­yət vəsiqəsinin surətini “Neftmaştəmir” ASC-nin mühasibatlığına bilavasitə, yaxud [email protected] elektron ünvanına göndərmək xahiş edilir. 

Əlaqə telefonları- (012) 550- 27 86; (012) 550- 33 -00. 

 

İdarə heyəti

Reklam və elan