“EUROPEAN TOBACCO – BAKU” ASC səhmdarlarının nəzərinə!

post-img

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Köndələn küçə­si 21 nömrəli ünvanda yerləşən “EUROPEAN TOBACCO –BAKU “ASC-nin nizamnaməsinin 6.1 və 6.3 maddələrinə uygun olaraq səhmdarların növbəti ümumi yığıncağı “Qafqaz Business Cen­ter”-də, Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti 125 nömrəli ünvanda 18 iyun 2023-cü il saat 10.00-da keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin idarəetmə orqanlarının 2022-ci ilin maliy­yə-təsərrüfat fəaliyyətinin nəticələrinə aid illik hesabatının təsdiqi.

2. Cəmiyyətin 2022-ci il üzrə xalis mənfəətinin səhmdarlar arasında bölüşdürülməsi və dividendlərin ödənilməsi qaydasının təsdiqi.

Yığıncağın gündəliyinin materialları ilə bağlı cəmiyyətin ofisin­də saat 9.00-dan 18.00-dək tanış olmaq mümkündür.

Xahiş edirik ki, yığıncaqda iştirak etmək üçün öz şəxsiyyət və­siqənizi (nümayəndə qismində iştirak edildiyi halda etibarnaməni) təqdim edəsiniz. 

İdarə heyəti

Reklam və elan