“Azərelektrikşəbəkətikinti” ASC səhmdarlarının nəzərinə!

post-img

21 aprel 2023-cü il saat 14.00-da “Azərelektrikşəbəkətikinti”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Nəsimi ra­yonu, Rövşən Cəfərov küçəsi 17.

Yığıncağın gündəliyi:

1.Cəmiyyətin 2022-ci ilin maliy­yə-təsərrüfat fəaliyyətinin yekunları­na dair idarə heyətinin hesabatı.

2. Cəmiyyətin ayrılma üsulu ilə yenidən təşkili.

3. Cəmiyyətin ləğv olunması.

4. Cəmiyyətin ləğv olunması ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.

5. İdarə heyətinin, direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının tərkibində də­yişiklik olunması.

6. ASC-nin nizamnaməsinə yeni redaksiyada düzəliş edilməsi.

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ün­vanda tanış olmaq mümkündür.

Yığıncaqda iştirak etmək üçün gələn şəxslərin qeydiyyatı saat 12.00 -dan 14.00 –a kimi aparıla­caqdır.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (və­kil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəx­siyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

“Azərelektrikşəbəkətikinti” ASC-nin idarə heyəti

Reklam və elan