Azərbaycan Respublikasının Qanunu

post-img

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253; 2016, № 2 (I kitab), maddə 184, № 3, maddə 416; 2017, № 7, maddə 1290; 2018, № 10, maddə 1961; 2019, № 1, maddələr 35, 49; 2020, № 7, maddə 830) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddəyə “bu Qanundan” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin.

2. 2.0.22-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.0.23-cü maddə ləğv edilsin.

3. 7.1.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanına və” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) və” sözləri ilə əvəz edilsin.

4. 11.1-ci maddədə, 11.3-cü maddənin ikinci cümləsində, 12.2-ci, 14.4-cü, 15-ci və 21.1-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 iyul 2023-cü il

Qanunlar