“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2013-cü il oktyabrın 2-də Strasburq şəhərində imzalanmış 16 nömrəli Protokolu Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2023-cü il

Qanunlar