Lüksemburqda Xocalı soyqırımı ilə bağlı maarifləndirmə aksiyası keçirilib

post-img

Lüksemburqda fəaliyyət göstərən Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası (LuxAz) “Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində  bir sıra tədbirlər keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lüksemburqun “Place Emile-Hamilius” (Silah Meydanı) meydanında və şəhərin aparıcı iş mərkəzlərində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı genişmiqyaslı maarifləndirmə aksiyası keçirilib. Aksiya çərçivəsində paytaxtın intensiv insan axınının müşahidə olunduğu ərazilərdə tarixi həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması qarşıya məqsəd qoyulub.

Maarifləndirmə kampaniyası çərçivəsində Lüksemburqda yerləşən 97 strateji əhəmiyyətli ofis binasının rəqəmsal ekranlarında Xocalı soyqırımından bəhs edən videoçarxlar nümayiş etdirilib. Gün ərzində dinamik və intensiv insan axınının müşahidə olunduğu ərazilərdə fasiləsiz yayımlanan çarxlarda faciənin tarixi faktları, qurbanların xatirəsi, hadisənin miqyası və ədalət çağırışları xüsusi vurğulanıb. 

Eyni zamanda, şəhərin “Place Emile-Hamilius” meydanında sakinlərə və şəhərin qonaqlarına faciə ilə bağlı tarixi faktları, beynəlxalq hüquqi aspektləri əks etdirən materiallar paylanıb, 1992-ci ilin 26 fevralında törədilən insanlıq əleyhinə cinayət – Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.

XQ

 













Qan yaddaşı