20 Yanvar faciəsindən 35 il ötür

post-img

20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində də  silsilə tədbirlərlə qeyd olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri əvvəlcə  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzərək, ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, “Əbədi məşəl” abidəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və hüquq-mühafizə orqanlarının rəhbərləri el qəbiristanlığında şəhidlərin yenilənmiş məzarüstü abidələrini, Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyev, Tahir Bağırov və Rəfael Həbibovun da büstlərini ziyarət edərək, xatirələrini dərin  ehtiramla yad ediblər.

Sonra, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib. Şirvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!









Qan yaddaşı