Tovuzda Soyqırım gününə həsr olunmuş konfrans

post-img

Tovuzda 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Mart soyqırımı insanlığa sığmayan cinayətdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

 Soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra RİH başçısı Məmməd Məmmədov çıxış edərək demişdir ki,  31 mart qanlı hadisələrinə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə düzgün siyasi qiymət verilmiş, məhz onun imzaladığı  Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

 RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova “31 mart Azərbaycanlıların Soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması”, YAP Tovuz Rayon Təşkilatının məsləhətçisi Arifə Abbasova “Azərbaycanlıların Soyqırımı Günü”, RİH başçısının Yanıqlı kənd İƏD üzrə nümayəndəsi Yaqub Qasımov “XX əsrdə Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti”, Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbin direktoru Nizami Qasımov “Soyqırımın dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolu”, Hacıhəsənli kənd Y.Alıyev adına tam orta məktəbin direktor müavini Elçin Rzayev “31 Mart Azərbaycan tarixinin qanlı salnaməsidir” mövzularında məruzələrlə çıxışlar etmişlər.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri.

 

 

 

 





Qan yaddaşı