Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və şəhid ailələrinin, müharibə iştirakçılarının, ictimai fəalların birgə iştirakı ilə “31 Mart-azərbaycanlıların soyqırımı günü” ilə bağlı, rayon mərkəzində Şəhidlər Abidə Kompleksi ziyarət edilmiş, Şəhidlərin ruhuna dualar oxunmuş, onların əziz xatirəsi ehtiramla anılmışdır.
Ziyarətə gələnlər dönə-dönə qeyd etmişlər ki, ermənilərin soyqırımı illər boyu davam etmişdir. Lakin bu vəhşiliklərə ilk siyasi qiymət Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu vaxtda verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı dünya ictimaiyyətini müntəzəm məlumatlandırması, Ali Baş Komandanın və ordumuzun gücü ilə Qarabağda törədilən vəhşiliklərə son qoyulması, torpaqlarımızın düşməndən azad edilməsi ədalətin zəfər çalması, xeyirin şər üzərində qələbəsi oldu.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri