Xocalıda aşkar olunmuş kütləvi məzarlıqda şəxsiyyəti müəyyən edilmiş şəxslərin dəfni ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyənləşdiriləcək

post-img

Xocalıda aşkar olunmuş kütləvi məzarlıqda şəxsiyyəti müəyyən edilmiş şəxslərin dəfni ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyənləşdiriləcək.

AZƏRTAC xəbər ki, bu sözləri martın 18-də Azərbaycanın Baş Prokurorluğunun və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov söyləyib.

Z.İsmayılov bildirib ki, dəfnlər yerli icra orqanlarının təşkilatçılığı ilə təşkil ediləcək. Həmin şəxslər dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil verilərək dəfn olunacaqlar.

Qan yaddaşı