Buxarestdə 20 Yanvar - Ümumxalq Hüzn Günü qeyd edilib

post-img

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Buxarest şəhərinin “Tey” parkında yerləşən Heydər Əliyevin büstü önünə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları gül dəstələri düzüblər.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin dönüş nöqtəsi adlandırıb, bu hadisələrinin xalqımızın tarixində faciə ilə yanaşı qəhrəmanlıq ehtiva etdiyini söyləyib. O, Azərbaycan dövləti və xalqı tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutduğunu bildirib.

Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə baxmayaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, ifşaedici və cəsarətli bir bəyanat verib.

Azərbaycan dövləti və xalqı tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutduğu bildirilib. (AZƏRTAC)





Qan yaddaşı