«20 Yanvar – Qəhrəmanlıq tariximizi yaşadan əsərlər»

post-img

Azərbaycan Milli İncəsənət Muzeyində 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı film nümayişi və tədbir keçirilib.

Əvvəlcə muzeyin kinozalında ssenari müəllifi Ramiz Fətəliyev, quruluşçu rejissoru Nizami Abbasın olduğu "Silahdaşlar" adlı tammetrajlı sənədli filmin nümayişi olub. 2019-cu ildə “Salnaməfilm” studiyasında çəkilən film 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. Film nümayişindən sonra muzeyin direktoru Şirin Məlikova əməkdaşlar qarşısında çıxış edərək xalqımızın azadlıq uğrunda apardığı mübarizə yolunda çox şərəfli yer tutan 1990-cı il 20 Yanvar hadisəsinin tarixi əhəmiyyətindən danışıb. O, bu  qəhrəmanlıq tarixinin daima xatırlanmalı olduğunu vurğulayaraq, muzeylərin də  bu istiqamətdə mühüm rola malik olduqalarını qeyd edib.

Daha sonra “20 Yanvar - Qəhrəmanlıq tariximizi yaşadan əsərlər” adlı tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov müəllifi olduğu, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan “20 Yanvar hiyləsi” adlı xalqımıza qarşı törədilən qətliamı simvollik dillə ifadə edən rəngkarlıq əsəri haqqında geniş bəhs edib və  auditoriyanın ünvanladığı sualları cavablandırıb.











Qan yaddaşı