Ulu öndərin soyqırımı dərsləri

post-img

Fevralın 21-də Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Kosalar kənd Mədəniyyət Evində "Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirildi.

Tədbirdə Xocalı Rayon İcra Haki­miyyəti Başçısının müavini Lamiyə Qa­rayeva, icra hakimiyyəti aparatının mə­sul şəxsləri, Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əmək­daşları, qəsəbədə fəaliyyət göstərən idarə və müəssisələrin işçiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak etdilər.

Xocalı soyqırımı zamanı hər iki valideyni şəhid olmuş 25 uşaqdan biri, təsadüf nəticəsində erməni güllə­sindən yayınaraq həyatda qalmış və girov düşməmiş Şahin Əzimov həmin müdhiş gecəni dərin kədər hissilə yada salaraq dinc əhalinin başına gətirilən faciələrdən danışdı. 

Vətən müharibəsi şəhidi Əlzamin Ramazanlının anası Adilə Ramazano­va çıxışında şəhadət şərbətini içmiş oğlu haqqında xatirələrini bölüşdü. Qisas hissilə böyüyən neçə-neçə qəh­rəmanlar oğullarımızın hünəri ilə tor­paqlarımızın azad olunduğunu, Vətən müharibəsində Xocalı cəlladlarının da məhv edildiyini bildirən Adilə ana bu gün Xocalı soyqırımı şəhidlərinin ruh­larının rahatlıq tapdığını vurğuladı. 

Tədbirdə çıxış edən Lamiyə Qa­rayeva bildirdi ki, torpaqlarımız işğala məruzə qalsa da, xalqımızın başına müsibətlər gətirilsə də, insanlarımız öz əqidəsindən, mübarizliyindən dönmə­dilər. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı öz amallarını həyata keçirmək naminə yeni uğurlu yola qədəm qoydu. Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz ümummilli lider HeydərƏliyev vermişdir. Dahi şəxsiyyətin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məc­lisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. 

Sonra çıxış edən natiqlər – Xocalı RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rza­yev, Vətən müharibəsi iştirakçısı El­min Abdullayev Xocalı soyqırımından bəhs etdilər. Onlar dərin razılıq hissilə ulu öndər Heydər Əliyevin xocalılılara diqqət və qayğısından danışdılar. Ata vəsiyyətini yerinə yetirən Ali Baş Ko­mandan, Prezident İlham Əliyevin rəh­bərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində əldə etdiyi Böyük Zəfə­rin tarixlərdən silinməyəcək qəhrəman­lıq salnaməsi olduğunu bildirdilər.

Daha sonra şagirdlər şair Qalib Bəyməmmədoğlunun "Salam itkin ruh­lar, viran qəbirlər" adlı şeirini səsləndir­dilər.

Sonda Xocalı soyqırımı ilə bağlı və ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş guşələrə baxış keçirildi.

 

Qalib QULİYEV,
"Xocalının səsi" qəzetinin redaktoru

Qan yaddaşı