Xocalı qurbanları xaricdə yad edilir

post-img

Düz 15 ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası davam edir. Faciə ilə əlaqədar dəhşətli faktlar dünya ictimaiyyətinə çatdırılır, planetin bütün guşələrində insanlar erməni millətçilərinin faşlist simasına bələd olur. Həyata keçirilməkdə olan məqsədyönlü fəaliyyət nəticəsində Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır. 

Paytaxt Kişineu şəhərindəki Moldo­va Tarix Muzeyində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Əsrin faciə­si”nin 31-ci ildönümünə həsr olunmuş geniş konfrans da “Xocalıya ədalət!” şüarı ilə keçirilib. Azərbaycanın Moldo­vadakı səfirliyi və Moldova Azərbaycan Konqresinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclisin deputatla­rı, Moldovanın ictimai-siyasi xadimləri, Kişineudakı diplomatik korpusun nü­mayəndələri iştirak ediblər.

Öncə muzeyin foyesində dəhşətli soyqırımını əks etdirən fotoşəkillər nü­mayiş olunub. İştirakçılara Heydər Əli­yev Fondunun Xocalı ilə bağlı broşürlə­ri, “Sonsuz dəhliz” filminin diskləri, döş nişanları paylanılıb. Sonra “Histogram #Khojaly” filmi göstərilib.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Ermənistanın Azər­baycana qarşı ərazi iddialarından, nankor qonşuların dinc əhaliyə divan tutaraq etnik təmizləmə siyasəti yeritdik­lərindən konkret faktlarla bəhs edib. O, müzəffər Ali Baş Komandan Prezidentİlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin 44 günlük “Zəfər yürüşü” ilə torpaqlarımızı işğaldan azad etməsi sayəsində düşməndən qi­sas alındığını bildirib. 

Moldova Respublikası Preziden­ti Aparatının rəhbəri Andrey Spınu, Azərbaycan Respublikası Milli Məcli­sinin komitə sədri Tahir Mirkişili, Azər­baycan–Moldova parlamentlərarası dostluq qrupunun həmsədri Vitaliy Jakot, Milli Məclisinin deputatı Sol­tan Məmmədov, moldovalı politoloq Ruslan Şevçenko və Moldova Azər­baycan Konqresinin sədri Elçin Bay­ramov çıxışlarında Xocalı soyqırımı törədilməsinə görə məsuliyyət daşı­yanların cəzalandırılmasının vacibliyini vurğulayıb, belə dəhşətlərin bir daha yaşanmaması üçün hər kəsin səylər göstərməsinin önəmini diqqətə çəkib­lər. Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında həqiqətlərin dün­yaya çatdırılması istiqamətində sis­temli və ardıcıl fəaliyyəti qeyd olunub. Fondun vitse-prezidenti Leyla Əliyeva­nın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti, əldə etdiyi uğurlar vurğulanıb.

Qeyd edək ki, faciənin ildönümü günündə Kişineuda anım tədbiri də ke­çiriləcək. 

Ə.ƏLİYEV, 
“Xalq qəzeti”

Son xəbərlər