Türkiyə Milli Müdafiə Nazirliyi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib

post-img

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkələrdə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin müdafiə qurumunun paylaşımında Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi vurğulanıb.

“Qardaş ölkənin təhlükəsizliyi və əmin-amanlığı naminə fasiləsiz xidmət aparan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” kəlamı fonunda Türkiyə və Azərbaycan bir ürək, bir yumruq olaraq qalacaq”, – deyə paylaşımda qeyd olunub.

Ordu