Azad edilmiş torpaqlarda indiyədək mühəndis-istehkam bölmələri 39 min 721 hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib

post-img

İşğaldan azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib. Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39 min 721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 13 min 045 ədəd partlamamış hərbi sursat, 3 min 318 ədəd tank əleyhinə mina və 10 min 463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.

İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.







Ordu