AMB sədri: Bu il inflyasiyanın 5.4 faiz olacağı gözlənilir

post-img

Cari ilin iyun ayında 12 aylıq inflyasiya 1.1 faiz, baza inflyasiya isə 0.8 faiz təşkil edib. İllik ərzaq inflyasiyası 0.2 faiz, qeyri-ərzaq inflyasiyası 1 faiz, xidmətlər inflyasiyası isə 2.4 faiz olub.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4 faiz, 2025-ci illdə isə 5.5 faiz olacağı gözlənilir: "İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır".

İqtisadiyyat