Azərbaycanın “dəmir yumruğu” yerindədir

post-img

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə onları ehiramla yad edirik. Vətən uğrunda döyüşlərdə həlak olublar, lakin tarixdə və xalqımızın qəlbində qalib qəhrəmanlar kimi əbədi yaşayacaqlar. Onların sayəsində düşməndən qisas alan xalqəmız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Prezident və Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı deyib: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Bəli, 44 günlük şanlı müharibədəki möhtəşəm qələbə Azərbaycan Silahlı Qüvvələrinin şöhrət salnaməsinin qızılı hərflərlə yazılmış səhifələrdir. Sarsılmaz dövlət–ordu–xalq birliyinin təcəssümüdür. Xatırladaq ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd düşməndən təmizlənib, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz zirvələri, habelə daha 5 adsız yüksəklik azad olunub. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb. Sonra isə bir güllə atılmadan, bir şəhid verilmədən Ağdam, Kəlbəcər və Laçın azad edilib və dünyanın gözündə biz qalib xalq, məğlubedilməz dövlət kimi özümüzü təsdiqləmişik. 

Əziz oxucu! Növbəti “Zəfər yolçuları” səhifəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə təqdim etməklə bir daha qəhrəman zabit və əsgərlərimizi yad edirik.

Ordu