Azərbaycan ilə İtaliya arasında hərbi-texniki sahələrdə əməkdaşlıq, həmçinin birgə layihələr müzakirə edilib

post-img

Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində A.Qurbanov İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ordu