Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq məşqləri keçirilir-VİDEO

post-img

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi iki qardaş ölkənin birgə təlimi oktyabrın 23-dən 25-dək keçiriləcək.


Ordu