Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 90 nömrəli Fərmanının 1.2-ci bəndinə әsasәn Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı şəhəri Sabunçu rayonu, Nardaran qәsәbәsinin şimal hissəsində “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında 9,08 hektar və su akvatoriyasında 46,0 hektar olmaqla, sahilboyu zolağa bitişik biri düzbucaqlı və digəri gəmi formasında olan iki süni torpaq sahəsinin yaradılması mәqsәdilә ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılsın (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini əks etdirən yerquruluşu planı әlavә olunur).
2. Bu Qərarın 1-ci hissəsinə әsasәn yaradılması nәzәrdә tutulan süni torpaq sahəsində tikintisi başa çatmış tikinti obyektlərinin istismarına icazə verildikdәn sonra həmin torpaq sahəsi yaşayış mәntәqәlәrinin torpaqları kateqoriyasına aid edilsin.
3. Dövlət vә bәlәdiyyә orqanlarının öz sәlahiyyәtlәrini müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirmәsi üçün bu Qərarın 1-ci hissəsinə әsasәn yaradılması nәzәrdә tutulan süni torpaq sahəsi Nardaran qәsәbәsinin hüdudları çәrçivәsindә olmaqla Bakı şəhəri Sabunçu rayonunun inzibati әrazisinә aid edilsin.
4. Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə ayrılmış 55,08 hektar su fondu torpaq sahəsi üzərində yaranmış icarə hüququnun dövlət qeydiyyatına alınması üçün icarə hüququ yaranmış sifarişçi qismində “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti ilә torpaq icarəsi müqaviləsinin bağlanılmasını təmin etsin.
5. Bu Qərar qüvvəyə mindiyi tarixdən süni torpaq sahəsinin yaradılması və həmin 55,08 hektar torpaq sahəsində tikinti obyektlərinin inşası üçün tikintiyə icazə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nәzәrdә tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Mәcәllәsinә uyğun olaraq alınır.
6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 5-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmәdikdә isə müddət başa çatdığı gündən üç gün әrzindә bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sәrvәtlәr Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu Qərardan irәli gәlәn digər mәsәlәlәri həll etsinlər.
8. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 15 ” “ aprel ” 2026-cı il
№ 102

