Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 252 Bakı şəhəri, 9 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 942 (Cild I); 2024, № 3, maddə 336) ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su ehtiyatları və ondan istifadə əsasında hər il iyun ayının sonunadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə respublika üzrə illik su təsərrüfatı balansının layihəsini tərtib edir.”.

2. 2.3-cü bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, həmçinin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə” sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, həmçinin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə” sözləri ilə əvəz edilsin.

4. 2.6-cı bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Həmin Qaydaya 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının illik su təsərrüfatı balansı” yeni redaksiyada verilsin (əlavə olunur).

6. Həmin Qaydaya 2 və 3 nömrəli əlavələrin “Tərtib edən:” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Tərtib edən:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları