Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 97    Bakı şəhəri, 3 aprel 2025-ci il 

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası ­Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 sentyabr tarixli 192 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 609) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Bakı Hərbi Kollecinin Nizamnaməsi”nin 7.27-ci bəndinə “gizir” sözündən sonra “(miçman)” sözü əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Gəncə Hərbi Kollecinin Nizamnaməsi”nin 7.27-ci bəndinə “gizir” sözündən sonra “(miçman)” sözü əlavə edilsin.

3.  Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Naxçıvan Hərbi Kollecinin Nizamnaməsi”nin 7.27-ci bəndinə “gizir” sözündən sonra “(miçman)” sözü əlavə edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları