Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 46 Bakı şəhəri, 24 fevral 2025-ci il

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri üzrə lisenziya alınması tələbinin şamil olunmadığı paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1192-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 avqust tarixli 183 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri üzrə lisenziya alınması tələbinin şamil olunmadığı paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları