Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 400  Bakı şəhəri, 6 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80, № 3, maddə 307, № 4, maddə 450, № 5 (II kitab), maddə 585; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 iyul tarixli 341 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 35-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları