Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 387 Bakı şəhəri, 3 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, iş­sizlikdən sığorta və icbari tibbi sığorta haq­larının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda dəyişiklik edil­məsi haqqında 

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sı­ğorta və icbari tibbi sığorta haqlarının, faiz­lərin və maliyyə sanksiyalarının qaytarılması ilə bağlı fəaliyyətin optimallaşdırılması, ha­belə bu sahədə yaranmış problemlərin və uy­ğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2001-ci il 23 fevral tarixli 48 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126 (Cild I); 2024, № 1, maddə 122, № 5 (II kitab), maddə 583) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sı­ğorta, işsizlikdən sığorta və icbari tibbi sığor­ta haqlarının, faizlərin və maliyyə sanksiya­larının qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2.4-cü yarımbənddən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin tabeliyində” sözləri çıxa­rılsın.

2. 2.6-cı bənddən “və yük” sözləri çıxarıl­sın, “sadələşdirilmiş vergi” sözlərindən sonra “, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları” sözləri, birinci halda “asılı ol­mayaraq” sözlərindən sonra “geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir” sözləri əlavə edilsin və həmin bənddə hər iki halda “və məcburi dövlət sosial” sözləri “, məcburi dövlət sosial sığorta və icbari tibbi” sözləri ilə əvəz edilsin.

3. 4-cü hissə üzrə:

3.1. 4.2.2-ci və 4.3.2-ci yarımbəndlər ləğv edilsin;

3.2. 4.2.4-cü və 4.3.4-cü yarımbəndlərə “yazılı” sözündən sonra “və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın­da Dövlət Vergi Xidmətinin Avtomatlaşdırıl­mış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tər­tib edilmiş elektron” sözləri əlavə edilsin;

3.3. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. Vergilər, faizlər və maliyyə sanksi­yaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tib­bi sığorta haqları, faizlər, maliyyə sanksiyala­rı və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sı­ğorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin vergilər, faizlər, maliy­yə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. Məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin işsizlikdən sığorta və icbari tibbi sığorta haq­ları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdi­rilməsinə, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyala­rı üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, işsizlikdən sığorta haqla­rı, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları, faiz­lər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin işsizlikdən sığorta haqları, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.”;

3.4. 4.4-1-ci bənd ləğv edilsin;

3.5. 4.7-ci bənddə “və 4.2.2-ci yarım­bəndləri” və “və 4.3.2-ci yarımbəndləri” söz­ləri “yarımbəndi” sözü ilə əvəz edilsin;

3.6. 4.11-ci bəndin birinci cümləsində “ərizənin və şəxsi vərəqədən çıxarışın surətlə­ri” sözləri “yazılı ərizənin surəti və ya bu Qay­daların 4.2.4-cü və 4.3.4-cü yarımbəndlərinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbay­can Respublikası Qanununun tələbinə uyğun surətləri” sözləri ilə əvəz edilsin, həmin cüm­ləyə “ödəmənin” sözündən sonra “müvafiq olaraq” sözləri əlavə olunsun və “müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli­yinin tabeliyində Dövlət Sosial Müdafiə Fon­duna (bundan sonra - Dövlət Sosial Müdafiə Fondu), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli­yində Dövlət Məşğulluq Agentliyinə (bundan sonra - Dövlət Məşğulluq Agentliyi)” sözləri ilə əvəz edilsin;

3.7. 4.12-ci bənddən “və işsizlikdən sı­ğorta” sözləri çıxarılsın və həmin bənddə “isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların” sözləri “Dövlət Sosial Müdafiə Fondunun, işsizlikdən sığorta haqlarının, he­sablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə Dövlət Məşğulluq Agentliyinin” sözləri ilə əvəz edilsin;

3.8. 4.14-cü bənddə “və 4.2.2-ci yarım­bəndləri” və “və 4.3.2-ci yarımbəndləri” sözləri “yarımbəndi” sözü ilə, “sosial təminatı və müdafiəni həyata keçirən orqana” sözlə­ri “Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Məşğulluq Agentliyinə” sözləri ilə əvəz edil­sin.

4. 5-ci hissə üzrə:

4.1. adında “sosial təminatı və müdafiə­ni həyata keçirən orqanların” sözləri “Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin” sözləri ilə əvəz edilsin;

4.2. 5.1-ci bənddə “sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” sözləri “Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məş­ğulluq Agentliyi” sözləri ilə əvəz edilsin;

4.3. 5.3-cü bəndin ikinci cümləsində “Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” və “sosial təminatı və müdafiəni hə­yata keçirən orqanlar” sözləri “Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin;

4.4. 5.4-cü bəndin birinci cümləsinə “orqanlara” sözündən sonra “vergilər üzrə” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsində “Sosial təminatı və müdafiəni hə­yata keçirən orqanlar” sözləri “Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları