Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 379 Bakı şəhəri, 23 avqust 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqın­da Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tuta­raq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2015-ci il 13 may tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2015, № 5, maddə 667 (Cild I) ilə təsdiq edil­miş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsas­namə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə üzrə:

1.1.1. 1.1-ci bənddən “dövlət tərəfindən” sözləri çıxarılsın;

1.1.2. aşağıdakı məzmunda 1.3.2-1-ci yarım­bənd əlavə edilsin:

“1.3.2-1. sənaye məhəlləsinin operatoru (bun­dan sonra - operator) – müsabiqə əsasında seçilən və bağlanılan idarəetmə sazişi çərçivəsində sənaye məhəlləsinin idarə olunmasını təmin edən hüquqi şəxs;”;

1.2. 3-cü hissə üzrə:

1.2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada veril­sin:

“3.1. Sənaye məhəlləsi dövlət, xüsusi və bələ­diyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Sənaye məhəlləsinə dövlət mülkiyyətində olan tor­paq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Xüsusi və bələdiyyə mülkiyyətində olan tor­paq sahələri isə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir. Dövlət tərəfindən sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiy­yat Nazirliyinin (bundan sonra - səlahiyyətli orqan) təklifi əsasında Azərbaycan Respublikasının Pre­zidenti tərəfindən, özəl sənaye məhəlləsinin yara­dılması haqqında qərar isə sahibkarlıq subyektləri tərəfindən qəbul edilir.”;

1.2.2. aşağıdakı məzmunda 3.3-1-3.3-6-cı bənd­lər əlavə edilsin:

“3.3-1. İdarəedici təşkilat sənaye məhəllələrinin və onların rezidentlərinin reyestrini (bundan sonra - reyestr) yaradır, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm ye­nilənməsini təmin edir.

3.3-2. Reyestr informasiya ehtiyatıdır. Reyestrə sənaye məhəlləsinin yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi barədə məlu­matlar daxil edilir.

3.3-3. Sənaye məhəlləsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq bu barədə bu Əsasnamənin 3.3-2-ci bəndində göstərilən məlumatlar idarəedici təşkilat tərəfindən reyestrə daxil edilir.

3.3-4. İdarəedici təşkilat sahibkarlıq subyekti­nin özəl sənaye məhəlləsinin qeydiyyata alınmasına dair təklifinin kağız daşıyıcıda və ya elektron qay­dada təqdim edildiyi gündən 10 (on) iş günü müd­dətində həmin təklifin bu Əsasnamənin 3.3-cü bən­dinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra özəl sənaye məhəlləsini qeydiyyata alır, bu barədə bu Əsasnamənin 3.3-2-ci bəndində göstərilən mə­lumatları reyestrə daxil edir və sənaye məhəlləsinin reyestrdə qeydiyyata alınmasını təsdiq edən sənədi sahibkarlıq subyektinə elektron qaydada təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. 

3.3-5. Sahibkarlıq subyektinin təqdim etdiyi təklifdə və ona əlavə edilmiş sənədlərdə aradan qal­dırılması mümkün olan çatışmazlıqlar aşkar edil­dikdə, sənədlər təqdim edildiyi tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqların aradan qaldırılması üçün bu barədə təklif göndərən sahib­karlıq subyektinə bildiriş elektron qaydada təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə gön­dərilir.

3.3-6. Təklif təqdim edən sahibkarlıq subyek­ti bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırma­lıdır. Təklifdə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar 10 (on) iş günü müddətində aradan qaldırılmadıqda idarəedici təşkilat tərəfin­dən təklifin baxılmamış saxlanılması haqqında qə­rar qəbul edilir və həmin qərar 2 (iki) iş günü müd­dətində təklifi təqdim edən sahibkarlıq subyektinə elektron qaydada təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”;

1.2.3. 3.4-cü bənd aşağıdakı redaksiyada veril­sin:

“3.4. Dövlət tərəfindən yaradılan sənaye məhəl­ləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Sənaye məhəlləsinin fəaliyyəti üçün ayrılmış torpaq sahəsi yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsə­dilə istifadə edilir.”; 

1.3. 4-cü hissə üzrə:

1.3.1. 4.1-ci bənd aşağıdakı redaksiyada veril­sin:

“4.1. Sənaye məhəlləsinin fəaliyyətinin təşki­li, idarə olunması və inkişafı idarəedici təşkilat və ya həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən həyata keçirilir. İdarəedici təşkilat və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti həmin sənaye məhəlləsinin fəaliyyətinə görə cavabdehdirlər.”;

1.3.2. aşağıdakı məzmunda 4.1-1-ci və 4.1-2-ci bəndlər əlavə edilsin:

“4.1-1. İdarəedici təşkilat və operator sənaye məhəlləsinin rezidenti kimi fəaliyyət göstərə bil­məz. Özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti və ona aidiy­yəti olan şəxslər həmin sənaye məhəlləsinin rezi­denti olduqda, onların sayı sənaye məhəlləsinin di­gər rezidentlərinin ümumi sayından çox ola bilməz.

4.1-2. Sənaye məhəlləsinin daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə dövlət tərəfin­dən yaradılan sənaye məhəlləsinə münasibətdə idarəedici təşkilatın, özəl sənaye məhəlləsinə mü­nasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin müsabiqə əsasında operator cəlb etmək hüququ vardır. Operatorun mü­sabiqə əsasında seçilməsi bu Əsasnamənin 5 nöm­rəli əlavəsinə uyğun qaydada həyata keçirilir.”;

1.3.3. 4.3-cü bənddə “Sənaye məhəlləsinin inf­rastrukturu və sənaye məhəlləsinin” sözləri “Dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin infrastruk­turu və onun” sözləri ilə əvəz edilsin;

1.3.4. 4.4-cü bənddə “Sənaye məhəlləsinin əra­zisində sənaye məhəlləsinin rezidentinin” sözləri “Özəl sənaye məhəlləsinin yaradılması barədə qə­rar qəbul etmiş sahibkarlıq subyektinin və sənaye məhəlləsinin rezidentinin” sözləri ilə, “rezidentin” sözü isə “müvafiq olaraq həmin sahibkarlıq subyek­tinin və rezidentin” sözləri ilə əvəz edilsin;

1.4. 5-ci hissə üzrə:

1.4.1. 5.1.1-ci yarımbəndə “sənaye” sözündən əvvəl “dövlət tərəfindən” sözləri əlavə edilsin;

1.4.2. 5.1.2-ci yarımbəndə “təşkilata” sözün­dən sonra “və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinə və ya operatora” sözləri əlavə edilsin;

1.5. 6-cı hissə üzrə:

1.5.1. 6.1.1-ci, 6.1.9-cu və 6.1.10-cu yarım­bəndlərə “sənaye” sözündən əvvəl “dövlət tərəfin­dən yaradılan” sözləri əlavə edilsin;

1.5.2. 6.1.2-ci yarımbənd aşağıdakı redaksiya­da verilsin:

“6.1.2. sənaye məhəlləsinin rezidenti kimi qey­diyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini (bundan sonra - layihə) qiy­mətləndirir və nəticələrinə əsasən onlara sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi­ni verir, sənaye məhəllələrinin və onların rezidentlə­rinin qeydiyyatını (reyestrini) aparır;”;

1.5.3. 6.1.3-cü yarımbənddə “sənaye məhəllə­sinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində” sözləri “dövlət tərəfindən yaradılan sənaye məhəl­ləsinin fəaliyyəti üçün ayrılmış torpaq sahələrini və orada” sözləri ilə əvəz edilsin;

1.5.4. aşağıdakı məzmunda 6.1.3-1-ci yarım­bənd əlavə edilsin:

“6.1.3-1. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin rezidentlərinin istifadəsində (mülkiy­yətində) olan torpaq sahələrinin və digər daşınmaz əmlakların onun yeni rezidentlərinə icarəyə (subi­carəyə) verilməsinin sənaye məhəlləsinin fəaliyyə­tinə uyğunluğunu müəyyən edir;”;

1.5.5. 6.1.4-cü yarımbəndə “səlahiyyətli orqa­na” sözlərindən sonra “və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinə” sözləri əlavə edilsin; 

1.5.6. aşağıdakı məzmunda 6.1.4-1-ci yarım­bənd əlavə edilsin:

“6.1.4-1. dövlət tərəfindən yaradılan sənaye məhəlləsinin idarə olunması üçün müsabiqə əsasın­da operatoru seçir, onunla idarəetmə sazişi bağlayır və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət edir;”;

1.5.7. 6.1.11-ci yarımbəndə “sahibkarlıq” sö­zündən əvvəl “sənaye məhəlləsində” sözləri, “keçi­rilməsi” sözündən sonra “və” sözü əlavə edilsin;

1.5.8. aşağıdakı məzmunda 6.3-cü və 6.4-cü bəndlər əlavə edilsin:

“6.3. Özəl sənaye məhəllələrinə münasibətdə bu Əsasnamənin 6.1.1-ci, 6.1.3-cü, 6.1.3-1-ci, 6.1.4-1-ci, 6.1.5-ci, 6.1.6-cı, 6.1.8-ci, 6.1.9-cu, 6.1.10-cu, 6.2.2-ci və 6.2.3-cü yarımbəndlərində nəzərdə tutul­muş vəzifə və hüquqlar həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən həyata keçirilir. Özəl sənaye məhəlləsinin fəaliyyəti barədə illik hesabat onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti tərəfindən idarəedici təşkilata təqdim olu­nur.

6.4. Sənaye məhəlləsinin idarə olunması üçün müsabiqə əsasında operator seçilə və idarəetmə sazişinə əsasən sənaye məhəlləsinin idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamə­nin 6.1.1-ci, 6.1.4-cü (dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə), 6.1.6-cı, 6.1.9-cu, 6.1.11-ci, 6.2.2-ci və 6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş funksiyaların həyata keçirilmə­si ona həvalə edilə bilər. Operator seçildiyi halda onunla idarəetmə sazişinin imzalanması və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələ­rin icrasına nəzarəti dövlət tərəfindən yaradılan sə­naye məhəllələrinə münasibətdə idarəedici təşkilat, özəl sənaye məhəllələrinə münasibətdə isə həmin sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti həyata keçirir.”;

1.6. aşağıdakı məzmunda 7.1.1-1-ci yarımbənd əlavə edilsin:

“7.1.1-1. sənaye məhəlləsinin idarə edilməsinə (onun infrastrukturdan və istehsal sahələrindən isti­fadəyə), həmçinin göstərilən xidmətlərə görə alınan haqlardan;”;

1.7. 8.8-ci bəndin ikinci cümləsinə “məhəllə­sinin” sözündən sonra “və onun” sözləri əlavə edil­sin;

1.8. 9-cu hissə üzrə: 

1.8.1. 9.1-ci bənddə (birinci halda) “Sənaye” sözü “Dövlət tərəfindən yaradılan sənaye” sözləri ilə, “İcarə müqaviləsini” sözləri “icarə (subicarə) müqaviləsini (bu Əsasnamənin 9.1-1-ci bəndinə əsasən torpaq sahəsini və digər daşınmaz əmla­kı icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər istisna olmaqla)” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: 

“Özəl sənaye məhəlləsində sahibkarlıq fəaliy­yətinin həyata keçirilməsinə dair müqavilə, tikilinin və (və ya) torpaq sahəsinin icarə (subicarə) müqa­viləsi həmin sənaye məhəlləsinin yaradılması barə­də qərar qəbul etmiş sahibkarlıq subyekti ilə bağla­nılır və onların surəti 10 (on) iş günü müddətində idarəedici təşkilata təqdim olunur.”;

1.8.2. aşağıdakı məzmunda 9.1-1-ci bənd əlavə edilsin:

“9.1-1. Bu Əsasnamənin 6.1.3-1-ci yarımbəndi nəzərə alınmaqla onun rezidentinin istifadəsində (mülkiyyətində) olan torpaq sahəsini və digər da­şınmaz əmlakları icarəyə (subicarəyə) götürmüş hüquqi və fiziki şəxslər bu Əsasnamənin 8-ci hissəsi ilə müəyyən olunmuş qaydada sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçməlidirlər.”;

1.8.3. 9.3-cü bəndin ikinci cümləsinə “təşki­lat” sözündən sonra “və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti” sözləri əlavə edilsin;

1.8.4. 11.1-ci bənddə “ərazisində dövlət və bələ­diyyə mülkiyyətində olan” sözləri “fəaliyyəti üçün ayrılmış” sözləri ilə, “idarəedici təşkilat” sözləri isə “müvafiq olaraq idarəedici təşkilat və özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti” sözləri ilə əvəz edilsin;

1.9. 12.1-ci bənd aşağıdakı redaksiyada veril­sin:

“12.1. Sənaye məhəlləsinin yaradılması və fəa­liyyətinin təşkili dövlət tərəfindən yaradılan sənaye məhəllələrinə münasibətdə dövlət büdcəsinin vəsai­ti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qanun­la qadağan olunmayan digər mənbələr, özəl sənaye məhəllələrinə münasibətdə isə onun yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin gəlirləri və qanunla qadağan olunmayan digər mən­bələr hesabına maliyyələşdirilir.”;

1.10. 13.3-cü bəndin birinci cümləsində “onun idarəedici təşkilatının” sözləri “idarəedici təşkilatın və özəl sənaye məhəlləsinin yaradılması barədə qə­rar qəbul etmiş sahibkarlıq subyektinin” sözləri ilə əvəz edilsin;

1.11. 2 nömrəli əlavə - “Qeydiyyat şəhadət­naməsinin forması” üzrə:

1.11.1. adında “Qeydiyyat” sözü “Rezidentin qeydiyyat” sözləri ilə əvəz edilsin;

1.11.2. “QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ” sözlərindən əvvəl “REZİDENTİNİN” sözü əlavə edilsin;

1.12. 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin rezidentlərinin reyestrinin aparılması Qaydası” üzrə:

1.12.1. adına, 1.1-ci və 1.2-ci bəndlərə “məhəl­ləsinin” sözündən sonra “və onun” sözləri əlavə edilsin;

1.12.2. 2-ci hissə üzrə:

1.12.2.1. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

“2.4-1. Özəl sənaye məhəlləsi barədə məlu­matlar onun yaradılması ilə bağlı qərar qəbul etmiş sahibkarlıq subyektinin təklifinə, dövlət tərəfindən yaradılan sənaye məhəlləsi haqqında məlumatlar isə Azərbaycan Respublikasının Prezidenti tərəfin­dən onun yaradılmasına dair qəbul edilmiş qərara əsasən Reyestrə daxil edilir.”;

1.12.2.2. 2.5.1-ci yarımbənddə “rezident olan hüquqi şəxslər” sözləri “sənaye məhəllələri” sözləri ilə əvəz edilsin;

1.12.2.3. 2.5.2-ci yarımbəndə “olan” sözündən sonra “hüquqi şəxslər və” sözləri əlavə edilsin;

1.12.2.4. 2.5.3-cü yarımbənddə “rezidentin” sözü “sənaye məhəlləsinin və onun rezidentinin” sözləri ilə əvəz edilsin;

1.12.2.5. 2.5.5-ci yarımbənddə “məhəlləsində” sözü “məhəllə-sinin və onun rezidenti kimi” sözləri ilə əvəz edilsin;

1.12.2.6. aşağıdakı məzmunda 2.5-1-ci, 2.6-1-ci və 2.7-1-ci bəndlər əlavə edilsin: 

“2.5-1. Reyestrə sənaye məhəlləsinə dair aşağı­dakı məlumatlar daxil edilir:

2.5-1.1. yaradılması barədə aktın tarixi, nömrəsi və növü;

2.5-1.2. adı, yaradılmasının məqsədi və fəaliy­yət profili;

2.5-1.3. ərazisinin ölçüsü və yerləşdiyi inzibati ərazi vahidi;

2.5-1.5. məlumatın reyestrdə qeydiyyat tarixi və nömrəsi;

2.5-1.6. reyestrə daxil edilmiş məlumatlarda də­yişikliklər barədə qeyd.”;

“2.6-1. Dövlət sənaye məhəlləsinin yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərə­findən qərar qəbul edildikdən, özəl sənaye məhəllə­si isə idarəedici təşkilat tərəfindən qeydiyyata alın­dıqdan sonrakı 10 (on) iş günündən gec olmayaraq, bu barədə məlumatlar reyestrə daxil edilir.”;

“2.7-1. Sənaye məhəlləsinə vahid və təkrarolun­maz 5 (beş) rəqəmdən ibarət qeydiyyat nömrəsi ve­rilir. Qeydiyyat nömrəsindəki ilk 3 (üç) rəqəm səna­ye məhəlləsinin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm qeydiyyata alındığı ilin son iki rəqəmini göstərir. Qeydiyyat nömrəsi reyestrdə və reyestrdən çıxarışda əks olunur.”;

1.12.2.7. 2.9-cu bəndə “məhəlləsinin” sözün­dən sonra “və onun” sözləri əlavə edilsin və həmin bənddə “onun” sözü “onların” sözü ilə əvəz edilsin;

1.12.2.8. 2.10-cu bəndin birinci cümləsinə “baş verdikdə,” sözlərindən sonra “özəl sənaye məhəllə­sinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahib­karlıq subyekti, habelə” sözləri əlavə edilsin;

1.12.2.9. 2.12-ci bəndə “o cümlədən” sözlərin­dən sonra “özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təqdim edən və” sözləri əlavə edilsin;

1.12.2.10. 2.13-cü bənddə “və rezidentin səna­ye məhəlləsində” sözləri “, sənaye məhəlləsinin və onun rezidentinin” sözləri ilə əvəz edilsin;

1.12.2.11. 2.14-cü bənddə “məhəlləsində rezi­dent” sözləri “məhəlləsinin və onun rezidenti” söz­ləri ilə əvəz edilsin;

1.12.3. 3-cü hissə üzrə:

1.12.3.1. 3.1-ci bənddə “Sənaye” sözü “Özəl sənaye məhəlləsinin qeydiyyatı ilə bağlı təklif təq­dim edən sahibkarlıq subyekti və sənaye” sözləri ilə, “məhəlləsində” sözü isə “məhəlləsinin və onun rezidenti kimi” sözləri ilə əvəz edilsin;

1.12.3.2. 3.3-cü bəndin ikinci cümləsinə “rezi­dent olan” sözlərindən əvvəl “özəl sənaye məhəllə­sinin qeydiyyatı ilə bağlı təklif təqdim edən sahib­karlıq subyekti və” sözləri əlavə edilsin; 

1.12.4. 4.1-ci bənddə “və sənaye məhəlləsində” sözləri “, həmçinin sənaye məhəlləsinin və onun rezidenti kimi” sözləri ilə, “saxlanılmaq” sözü “mü­hafizə edilmək” sözləri ilə əvəz edilsin;

1.13. 4 nömrəli əlavə - “Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə rezidenti arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətin­də olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsi” üzrə:

1.13.1. adı aşağıdakı redaksiyada verilsin:

“Sənaye məhəlləsinin ərazisində olan tikilinin və (və ya) torpaq sahəsinin rezidentə icarəyə (subi­carəyə) verilməsinə dair İcarə (Subicarə) Müqavilə­sinin NÜMUNƏVİ FORMASI”;

1.13.2. preambula hissəsində “sənaye məhəllə­sinin idarəedici təşkilatının” sözləri “dövlət tərəfin­dən yaradılan sənaye məhəlləsinin idarəedici təşki­latının və ya özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyektinin” sözləri ilə əvəz edilsin;

1.13.3. 1-ci hissə üzrə:

1.13.3.1. 1.1.2-ci yarımbəndə “Prezidenti” sö­zündən sonra “və ya sahibkarlıq subyekti” sözləri əlavə edilsin;

1.13.3.2. 1.1.4-cü yarımbəndə “idarəedici təş­kilatı” sözlərindən sonra “və ya yaradılması barə­də qərar qəbul etmiş sahibkarlıq subyekti” sözləri əlavə edilsin;

1.13.3.3. 1.1.5-ci və 1.1.6-cı yarımbəndlərdə “dövlət mülkiyyə-tində” sözləri “, sənaye məhəllə­sində” sözləri ilə əvəz edilsin;

1.14. 2-ci hissə üzrə:

1.14.1. 2.1-ci bənddə “dövlət mülkiyyətində” sözləri “sənaye məhəlləsində” sözləri ilə əvəz edil­sin;

1.14.2. 2.2-ci bəndin ikinci cümləsində “razı­lığı olmadan” sözləri “yazılı razılığı olmadan digər şəxslərə subicarəyə verilməsinə,” sözləri ilə əvəz edilsin;

1.15. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə 5 nömrəli əlavə - “Sənaye məhəlləsi­nin operatorunun müsabiqə əsasında seçilməsi Qay­dası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları