Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 380 Bakı şəhəri, 27 avqust 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azər­baycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından ya­radılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edil­miş vahid indekslərin Siyahısı”n­da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Kons­titusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Döv­lət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli 2459 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qə­rarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469; Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 334 nömrəli və 23 iyul tarix­li 354 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası­nın dövlət orqanları, dövlət mülkiy­yətində olan və paylarının (səhmlə­rinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

1. 8-ci hissəyə aşağıdakı məz­munda dördüncü abzas əlavə edil­sin:

“8-3/ Azərbaycan Respublikası­nın Prezidenti yanında Dövlət İdarə­çilik Akademiyası”. 

2. 14-cü hissənin dördüncü ab­zası ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları