Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 378 Bakı şəhəri, 21 avqust 2024-cü il

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında

Azərbaycan Respublikası Pre­zidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edil­miş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsi­nin təkmilləşdirilməsi üzrə Döv­lət Proqramı”nın 7.11-ci bəndinə əsasən Azərbaycan Respublikası İq­tisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığor­ta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli­yinin və “Azərbaycan Dəmir Yol­ları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Azərbaycan Dəmir Yolla­rı” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gi­giyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.

2. “Azərbaycan Dəmir Yolla­rı” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələ­rini İdarəetmə Birliyinin tabeliyinə verilsin (siyahı əlavə olunur).

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansi­yası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləş­diyi əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazir­liyi yanında Əmlak Məsələləri Döv­lət Xidmətinin sərəncamına verilsin.

4. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qə­rarın 1-ci və 2-ci hissələri icra olun­duqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiy­yətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün və nəticəsi barədə Azərbay­can Respublikasının Nazirlər Kabi­netinə məlumat versin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yol­ları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn digər məsələlə­ri qanunvericilikdə nəzərdə tutul­muş qaydada həll etsinlər.

6. Bu Qərarın 1-ci və 2-ci his­sələri 2025-ci il yanvarın 1-dən qü­vvəyə minir.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırla­narkən bu Qərardan irəli gələn ma­liyyələşdirmə məsələlərini nəzərə alsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları