Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 366                                              Bakı şəhəri, 30 iyul 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 460; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 may tarixli 291 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə” bölməsindən sonra aşağıdakı məzmunda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üzrə” bölməsi əlavə edilsin:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi üzrə
1.
ADA Universiteti
fəlsəfə 
doktoru üzrə
-
 

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları