Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 345 Bakı şəhəri, 18 iyul 2024-cü il

“Dərman vasitələrinin, dərman mad­dələrinin və tibb vasitələrinin dövlət qey­diyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi və “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dərman vasitələri haqqın­da” Azərbaycan Respublikasının Qanunun­da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti­nin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

1. “Dərman vasitələrinin, dərman mad­dələrinin və tibb vasitələrinin dövlət qey­diyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Dərman vasitələrinin dövlət qeydiy­yatına alınması və reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qə­rarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2007, № 7, maddə 735 (Cild I) ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 ok­tyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının nor­mativ hüquqi aktlarının layihələrinin hazır­lanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”­nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları