Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 336 Bakı şəhəri, 12 iyul 2024-cü il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avto­magistraldan ödənişli yol kimi istifa­də Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolla­rı haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 mart tarixli 24 nömrəli Fər­manının 2-ci hissəsinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu 2019, № 3, maddə 510 (Cild I); 2024, № 3, maddə 304) ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4-cü bənd aşağıdakı redaksiya­da verilsin:

“3.4. Hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödəni­şin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Azərbaycan Respub­likasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir.”.

2. 3.11.3.1-ci yarımbənddə “dərəcə­sindən, nəqliyyat vasitəsinin qət etdiyi məsafədən, çəkisindən və ay ərzində gedişlərin sayından asılı olaraq” sözləri “dərəcəsi nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları