Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 335 Bakı şəhəri, 9 iyul 2024-cü il 

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti­nin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük da­şımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçi­rilməsi və qiymətləndirilmənin apa­rılması qaydasının, qiymətləndirmə­nin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləğinin təsdiq edil­məsi haqqında

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun­da dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tət­biqi və Azərbaycan Respublikası Prezi­dentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Yol hərəkəti haqqın­da” Azərbaycan Respublikasının Qa­nununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qa­nununun tətbiqi və “Yol hərəkəti haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərma­nında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agent­liyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazir­liyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahə­sində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahə­sində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.8-ci yarımbəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

1. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın keçi­rilməsi və qiymətləndirilmənin aparılması Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədlərin formaları” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Döv­lət İmtahan Mərkəzi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata ke­çirən sürücülərin hazırlığı və yenidən hazırlığının nəticələrinə dair qiymətlən­dirmənin aparılmasına görə operatorun məsul şəxsi və ya beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürü­cülər tərəfindən ödənilən haqqın məbləği 60 (altmış) manat təsdiq edilsin.

4. Bu Qərar “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsi­nin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram”ı bi­tirmək haqqında etibarlılıq müddəti başa çatmamış şəhadətnamələrə malik olan şəxslərə şamil edilmir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları