Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 315 Bakı şəhəri, 25 iyun 2024-cü il 

“Elektrik şəbəkəsinə dair Qayda­lar”ın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nöm­rəli Qanununun tətbiqi barədə” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin 1-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektrik şəbəkəsinə dair Qayda­lar” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Kommunal Xid­mətlər Vahid İnformasiya Sistemi fəaliy­yətə başlayanadək “Elektrik şəbəkəsinə dair Qaydalar”da həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prose­durlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyə­ti tərəfindən yaradılmış informasiya siste­mi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

3. “Tikinti obyektlərinin elektrik şə­bəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilmə­si və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik ener­jisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin möv­cud və ya inşa ediləcək tikinti obyektlə­rinin elektrik enerjisi (gücü) alması (möv­cud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanma­sı və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təs­diq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edil­məsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1562 (Cild I); 2024, № 2, maddə 231, № 3, maddə 333) 1-ci, 2-ci və 5-ci hissələri ləğv edilsin. 

4. Bu Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları