№ 266 Bakı şəhəri, 20 may 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 487 (Cild I); 2024, № 2, maddələr 198, 209) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “5. Texniki və texnoloji ixtisaslar qrupu” hissəsinə aşağıdakı məzmunda 5.75-ci bənd əlavə edilsin:
“5.75. 040575 Uçan aparatların texniki istismarı”.
2. Aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:
“8. Xüsusi təyinatlı ixtisaslar qrupu
8.1. XTO 040801 Müdafiə fəaliyyəti (sahələr üzrə)”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri