Türkiyənin parlament heyəti Milli Məclisdə

post-img

Mayın 23-də Milli Məclisin Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, həmçinin ölkələrin par­lament aparatları arasında əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhə­miyyəti vurğulanıb. 

Səmimi qəbula görə təşəkkürünü bildirən Naim Çoban deyib ki, ikitərəfli əlaqələrin dərinləşməsin­də parlamentlərarası münasibətlərin rolu böyükdür. İşçi qruplarının təmaslarının, qarşılıqlı səfərlərinin əhəmiyyətini də qeyd edən qonaq, iki ölkənin par­lament aparatları arasında həyata keçirilən təcrübə mübadilələri və qarşılıqlı səfərlər barədə də məlumat verib. 

XQ

Son xəbərlər